"Kəpəz" dəstək görməsə də…

14 Fevral 2017 10:36 Azarkeş 532
"Kəpəz" dəstək görməsə də…

Premyer Liqanın 18-ci turu üçün azarkeş sayı bəlli olub. Sportinfo.az xəbər verir ki, turun rekordu Gəncədə qeydə alınıb. Gəncə şəhər stadionunda baş tutmuş “Kəpəz” - “Qarabağ” qarşılaşmasına (0:1) “sarı-göylər”in əvvəlki ev oyunlarıyla müqayisədə xeyli az sayda azarkeş gəlsə də (2000 tamaşaçı), bu, turda ən yüksək nəticəyə mane olmayıb.

Ən az azarkeş isə Şüvəlanda qeydə alınıb. “AZAL Arena”da keçirilmiş AZAL - “İnter” qarşılaşmasını (0:1) cəmi 500 azarkeş izləyib. Turun digər oyunlarından 8-ci km stadionunda keçirilmiş “Neftçi” - “Sumqayıt” matçında (1:0) 1800, Zirə idman kompleksində baş tutmuş “Zirə” - “Qəbələ” qarşılaşmasında (2:2) isə 1100 azarkeş qeydə alınıb. Ümumilikdə, turun 4 oyununu 5400 azarkeş izləyib ki, bu da, orta hesabla hər oyuna 1350 tamaşaçı deməkdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!