Bakı 2017 Könüllüləri üçün turizmlə bağlı silsilə təlimlər

14 Fevral 2017 10:24 Azarkeş 564
Bakı 2017 Könüllüləri üçün turizmlə bağlı silsilə təlimlər

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin Könüllülərlə iş üzrə heyəti Bakı 2017 Könüllülərinin peşəkar kimi formalaşması, eləcə də şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsi yönümündə həyata keçirdiyi tədbirləridavam etdirir. 1 fevral 2017-ci il tarixindən etibarən “Gənclər Turizmi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin təşkilati dəstəyi və IB Club Gənclərin İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə İslam Həmrəyliyi Oyunları Könüllülərinə “Gənc turizm bələdçilərinin formalaşması” layihəsi çərçivəsində təlimlər keçirilir.

Sportinfo.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd könüllülərin vaxtının səmərəli keçirilməsini təşkil etmək,onlara yeni bacarıqlar aşılamaq, turizm bələdçiliyi haqqında lazımi məlumatlar verməkdir.
Təlim “Dünya Turizm Bələdçiləri Assosiyasiyalar Federasiyası”-nın Beynəlxalq təlimçi-bələdçisi, bələdçilərin akkreditasiyası üzrə milli koordinatoru, Səkinə xanım Əsgərova tərəfindən aparılır.

“Fəal gəncliyin yetişməsində təhsillə yanaşı, IV İslam Həmrəyliyi Oyunlarının timsalındamötəbər tədbirlərin də böyük rolu vardır. Məhz bu növ tədbirlər zamanı könüllülük fəaliyyəti ilə məşğul olan gənclər həm peşəkar, həm də şəxsi müstəvidə yeni bilik, bacarıqlara yiyələnib, kommunikasiya qabiliyyətlərini inkişaf etdirirlər. Bununla da, cəmiyyətimizdə daha ünsiyyətcil, yardımsevər, diqqətli, vətəninə sevgi duyan bu gənclik Azərbaycanı müxtəlif sahələrdə istər yerli, istərsə də beynəlxalq arenada yüksək səviyyədə təmsil edir. Bu baxımdan “Gənc turizm bələdçilərinin formalaşması” kimi təlimlərin töhfəsi danılmazdır.” – Səkinə Əsgərova təlim zamanı fikirlərini bölüşüb.

Gəncləri bələdçiliyin texniki tərəfləri, qrup menecmenti, müasir bələdçi standartları, müasir turistlərin tələblərinə uyğun tematik turların dizaynı mövzusunda biliklərlə təmin edən bu təlimlər silsiləsi 10 gün olmaqla, 10 fevral tarixinə kimi davam edəcək. Hər bir könüllü yalnız 1 təlimdə iştirak edə bilər və hər təlimdə 50-60 könüllünün iştirakı nəzərdə tutulur. Təlimlərdə iştirak ödənişsizdir və sonda könüllülərə təlimdə iştirak etdiklərinə görə sertifikatlar təqdim olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!