Azarkeşlər arasında qanlı toqquşma - 1 ölü, 7 yaralı

13 Fevral 2017 12:48 Azarkeş 522
Azarkeşlər arasında qanlı toqquşma - 1 ölü, 7 yaralı

Braziliya futbolunda xoşagəlməz hadisə baş verib. Sportinfo.az xəbər verir ki, Rio-de-Janeyroda ölkə çempionatı çərçivəsində bu gecə keçirilmiş “Botafoqo” – “Flamenqo” matçı öncəsi azarkeşlər arasında qanlı toqquşma yaşanıb. Qarşılaşmanın keçirildiyi stadionun həndəvərində iki komandanın azarkeşləri əlbəyaxa olublar.

Fanatlar arasında baş verən çoxsaylı toqquşmaların birində sinəsindən güllə yarası alan azarkeş ağır yaralanıb. 28 yaşlı Dieqo Silva dos Santos xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etmək məcburiyyətində qalıb. Azı 7 nəfərin də xəsarət aldığı bildirilir. “Botafoqo” – “Flamenqo” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!