Diniyevə dəstək - FOTO

9 Fevral 2017 19:36 Azarkeş 807
Diniyevə dəstək - FOTO

"Kəpəz" azarkeşləri komandanın baş məşqçisi Şahin Diniyevə dəstək olublar. Sportinfo.az xəbər verir ki, bir qrup gəncəli fanat komandanın "Sumqayıt"a 1:3 hesabı ilə uduzduğu Premyer Liqanın XVII tur matçından sonra Diniyevlə klubun Müşahidə Şurasının üzvü Mikayıl Quliyevi əhatəyə alıb.

Azarkeşlər onlara "Kəpəz"in gələcəyi ilə bağlı suallar ünvanlayıblar. Quliyevlə Diniyev nikbin fikirlər səsləndiriblər. Bundan sonra tərəfdarlar hazırkı baş məşqçinin arxasında olduqlarını söyləyərək, onu alqışlarla yola salıblar.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?