Qəzada dünyasını dəyişdilər

7 Fevral 2017 14:24 Azarkeş 619
Qəzada dünyasını dəyişdilər

"Atletiko"nun 4 azarkeşi avtomobil qəzasında dünyasını dəyişib. Sportinfo.az xəbər verir ki, hadisə Torre-Paçeko şəhərində baş verib. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb. Onlardan 4-ü "Atletiko" azarkeşi olub. Klub həyatını itirənlərin əzizləri və yaxınlarına başsağlığı verib.

Bədbəxt hadisə ilə əlaqədar "Atletiko"nun "Barselona"ya qarşı səfərdə keçirəcəyi İspaniya Kubokunun 1/2 final mərhələsinin cavab matçının bir dəqiqəlik sükutla başlanacağı istisna olunmur. Bu məqsədlə komandanın fan-klubu "Atletiko" rəhbərliyindən Kataloniya klubu rəsmiləri ilə razılığa gəlmələrini xahiş edib. "Barselona" - "Atletiko Madrid" qarşılaşması bu gecə oynanılacaq. Matç Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?