Bakı Messi və dostlarının yolunu gözləyir – Əlavə “bazar” açıldı

9 Dekabr 2024 00:50 Azarkeş 1 152
Bakı Messi və dostlarının yolunu gözləyir – Əlavə “bazar” açıldı

Lionel Messi və komanda yoldaşlarının tədbirinə əlavə biletlər satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, görüş dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq.

Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək.

Bakı Kristal Zalının səhnəsində dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William) və məşhur "Morandi" qrupu çıxış edəcək. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Biletləri iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız