COP29

AFFA bu onlayn toplantını klublar üçün təşkil etdi

6 Dekabr 2023 02:30 Azarkeş 488
AFFA bu onlayn toplantını klublar üçün təşkil etdi

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları tərəfindən klublarda çalışan Azarkeşlərlə Əlaqələndirici Şəxslər və Əlil Azarkeşlərlə Əlaqələndirici Şəxslər üçün onlayn seminar təşkil olunub.

Sportinfo.az xəbər verir ki, seminarda Azarkeşlərlə Əlaqələndirici Şəxslər və Əlil Azarkeşlərlə Əlaqələndirici Şəxslər üçün lisenziyalaşdırma qaydalarında tətbiq olunacaq tələblər, onların klublara olan faydaları, oyundan əvvəl, oyun zamanı və oyundan sonra görməli olduğu işlər haqqında təqdimat nümayiş etdirilib.

Tədbirdən sonra Azarkeşlərlə Əlaqələndirici Şəxslərlə təşkilati məsələlər üzrə müzakirələr aparılıb və onların təklifləri dinlənilib.

Bu kimi seminarların mütamadi təşkil olunacağı, daha sıx iş birliyinin aparılacağı barəsində klub nümayəndələrinə məlumat verilib.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"