COP29

“Neftçi” azarkeşləri daha bu adamı görmək istəmir: “Ayrılmaq vaxtıdır!”

5 Dekabr 2023 19:00 Azarkeş 3 159
“Neftçi” azarkeşləri daha bu adamı görmək istəmir: “Ayrılmaq vaxtıdır!”

“Neftçi”nin çempionatdakı işlərinin qaydasında getməməsində Emin Mahmudovun rolu böyükdür.

Yayda klubla yeni 2 illik müqaviləyə imza atan təcrübəli futbolçu əvvəlkitək parlaq oyun nümayiş etdirə bilmir.

Samir Abasovla Laurentsiu Regekampfın dönəmində “ağ-qaralar”ın xilaskarına çevrilməyi bacaran kapitan yaydan bu yana kölgədə qalıb.

Baş məşqçi Adrian Mutu əksər oyunlarda Emini ikinci hissənin gedişində əvəzləməklə ondan tam razı qalmadığını və ya “8 nömrə”nin 90 dəqiqə oynamağa hazır olmadığını göstərməkdədir.

Görünən budur ki, Azərbaycan millisində özünü “suda balıq kimi” hiss edən Emin “Neftçi”də öz oyununu göstərə bilmir. Bu, baş məşqçinin oyun planındakı tapşırıqları ilə bağlıdır, yoxsa komanda daxilindəki vəziyyət onu narahat edir – dəqiq fikir yürütmək çətindir.

Faktiki, Emin uzun müddətli müqavilə bağlayandan sonra sıradan oyunçuya çevrilib.

Bu məsələ azarkeşlərin də diqqətindədir. “Zirə” ilə oyundan sonra fanatların sosial şəbəkə platformalarında Mahmudovla bağlı iradları diqqət çəkməyə bilməz:

“Fikir vermisinizsə, Emin olmayanda “Neftçi” daha yaxşı oynayır. Emin pis yaxşı oyunçudur, amma bütün oyun sisteminin onun üzərində qurulacaq futbolçu deyil.

Belə hallarda həm Emin yüklənir, həm də komandanın oyunu alınmır. Ona görə də kapitan meydanı yarımçıq tərk edir son vaxtlar. Çünki fiziki gücü imkan vermir, yaş da o yaş deyil artıq.

Emin meydanı tərk edəndən sonra “Neftçi” ikinci hissədə “Zirə”yə qarşı daha dinamik oynamağa başladı.

Bu mövsüm isə yüksək məbləğli yeni müqavilədən sonra Emin ümumiyyətlə oynamır demək olar. Ayılmaq vaxtıdır, kapitan!”

“O, qocalıb, gənc namizədlər tapmaq lazımdır”.

“Bu adam lider deyil. Rusiyada yüksək səviyyədə oynaya bilmədi. Fiziki cəhətdən çox zəifdir”.

“3 illik(?) müqavilə bağlayaraq özünü sığortalayıb. Ona görə də ili yola verir. Üstəlik, “Qarabağ”a lazım olmayan Qaranı da komandaya “sırıyıb”.

“Yayda deyirdim, o pula dəymir. Düzdü, komanda üçün çox şey edib. Amma Avropada əfsanə futbolçular karyerasının sonuna yaxın az məbləğə razılaşıb, imza atırlar. Bizdə pul çoxdur deyə, 31 yaşlı futbolçunun transfer məbləğini qaldırırlar”.

“Məsuliyyət onda olanda oyunu istədiyi kimi alınmır. Sərbəstlik verilsə, daha effektiv olar”.

“Emin Mahmudov oynamamalıdır. Oynayanda “Neftçi” daha zəif təsir bağışlayır. Emin daha əvvəlki Emin deyil. Hər şeyə görə sağ olsun. Alınmır da, qardaş, güclə deyil ki”.

Emin Mahmdov cari Premyer Liqa mövsümündə meydana çıxdığı 13 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb.

2017-ci ildən ağ-qara formanı geyinən 31 yaşlı yarımmüdafiəçi bu müddətdə bütün turnirlərdə 208 oyunun iştirakçısı olmaqla 51 qol və 55 assistlə yadda qalıb.

O, “Neftçi”nin heyətində ölkə çempionu olub, 3 dəfə gümüş medal sevinci yaşayıb, ölkə kubokunun finalında oynayıb.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"