"Qarabağ"da Xankəndi səfərinə hazırlıq başladı

18 Noyabr 2023 22:20 Azarkeş 1 853
"Qarabağ"da Xankəndi səfərinə hazırlıq başladı

"Qarabağ" növbəti ay Xankəndi şəhər stadionunda meydana çıxmağa hazırlaşır.

Bu barədə iddialar artıq bir neçə gündür mətbuatda yayılıb.

Gah "atlılar"ın Premyer Liqanın "Zirə" ilə matçının, gah da ölkə kubokundakı ilk matçının işğaldan yeni azad olunan şəhərdə keçiriləcəyi bildirilir.

Deyəsən, arzuların çin olması an məsələsidir.

Nəhayət, uzun illərdən sonra qədim Azərbaycan torpağında azərbaycanlı futbolçular meydana çıxacaq.

Hər halda, komandanın ən böyük azarkeş qrupu olan "İmarət"in son paylaşımı da iddiaların əsasız olmadığını əyani göstərmiş oldu.

Azarkeş qrupunun öz sosial şəbəkə hesabından paylaşdığı postu olduğu kimi sizə təqdim edirik:

"İmarət"lə İmarətə şüarı ilə azarkeş qrupu yaradan qaqalar, Xankəndinə gedirlər!
Yuxu kimi gəlir adama vallah...".

Gördüyünüz kimi, artıq azarkeşlər də Xankəndi səfərinə hazırlaşır.

Qalır rəsmi dairələrin elan verməsi.

Gözləyək...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI