"Neftçi"li futbolçular uzun müddətdir belə sözlər eşitmirdi!

21 Oktyabr 2023 19:40 Azarkeş 776
"Neftçi"li futbolçular uzun müddətdir belə sözlər eşitmirdi!

“Neftçi” ikinci dövrəyə qələbə ilə başladı.

“Səbail”in qonağı olan “Ağ qaralar” gərgin keçən matçda 4:2 hesablı qələbəyə sevindi.

Mutunun yetirmələri erkən qola məyus olsa da, toparlanaraq sonda inamlı qalibiyyət əldə edə bildi.

Komandanın parlaq futbolu azarkeşlərin də sevincindən yan keçmədi.

Düzdü, bu mövsüm “Neftçi”nin aktivində daha 3 qələbə vardı.

Amma tərəfdarların Bayıldakı 3 xala sevinci fərlidir. Ki, əvvəlki qələbələrdə 3 xala sevinib, göstərilən oyuna görə ciddi narazılıqlar olmuşdu.

Lakin bu dəfə kollektiv göstərdiyi oyunla da onu sevənləri razı sala bildi.

Hər halda, sosial şəbəkələrdə yazılan çoxsaylı şərhlər belə deməyə əsas verir.

“Neftçi”li izləyicilərin əksəriyyəti qələbə ilə bərabər, məzmunlu, mübariz oyundan da razılığını ifadə edib:

“İnşallah, bu oyun növbəti qələbələrin başlanğıcı olar”.

“Bax belə, bəylər! Bravo!”.

“Axır ki, oyun gördük. Təbriklər, “Neftçi”.

“Əla! Davamı gəlsin qələbələrimizin!”.

“Heç kim pisləməyəcək. Çünki bu gün “Neftçi” əzmkar qələbə qazandı”.

“Neftçi” ruhu budur – hücum, qorxmamaq”.

“Bu gün hamı oynadı. İnsafla danışaq, hamı çalışdı”.

“Maşallah, əla oyun və əla nəticə. Şükür Allaha”.

“Maşallah, göz dəyməsin, can qoydular məydanda”.

“Neftçi” hələ belə oyun oynamamışdı. Təbrik edirəm bütün azarkeşləri”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI