"Neftçi" sabah Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə "Beşiktaş"ın qonağı olacaq.
İstanbulda keçiriləcək qarşılaşmaya orada yaşayan həmyerlilərimizindən böyük maraq var.
İndidən əminliklə demək olar ki, komandamız qardaş ölkədə dəstəksiz qalmayacaq.
Belə ki, hazırkı ana kimi 1000 nəfərdən çox azarkeş kluba müraciət edərək bilet qeydiyyatından keçib.
Bu barədə saytımıza klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlum verib.
Oyun saatına kimi sayın artacağı ehtimalı da yüksəkdir.
Qarşılaşmanın keçiriləcəyi Beşiktaş Arenanın tutumu 42590 nəfərdir.
Bunun təxminən 2000 nəfəri qonaq komandanın payına düşür.
Əlavə edək ki , ilk görüşdə təmsilçimiz 1:3 hesabı ilə məğlub olub.
XANOĞLAN / SPORTİNFO.AZ