Ərəbistana getməyə hazırlaşan hücumçunun Azərbaycanda maraqlı vida səhnəsi - VİDEO

7 Avqust 2023 23:40 Azarkeş 2 566
Ərəbistana getməyə hazırlaşan hücumçunun Azərbaycanda maraqlı vida səhnəsi -  VİDEO

"Sabah" yeni mövsümə fırtına kimi başladı.

Doğma meydanda "Qəbələ"ni qəbul edən Murad Musayevin yetirmələri inamlı qələbə ilə yadda qaldı - 5:0.

Matçdan sonra isə diqqətlər komandadan ayrılacaq Con Leys Mikelsə yönəldi.

İkinci yarı meydana çıxan almaniyalı hücumçu bəlkə də "Sabah"dakı son matçı olacaq görüşü qolla tərk etdi.

Səudiyyə Ərəbistanından təklif alan forvard qarşılaşmadan sonra tribunalada qalxdı, amiqolar üçün ayrılan xüsusi yerdə dayandı və fanatlarla bəstələr oxudu, şuarlar səsləndirdi.

Bu, vida səhnəsinə daha çox bənzəyirdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anın görüntülərin sizə təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"