PFL rayon əhlini nəzərə aldı - Bu tarixdən etibarən...

28 May 2023 22:20 Azarkeş 1 426
PFL rayon əhlini nəzərə aldı - Bu tarixdən etibarən...

İyunun 3-də Azərbaycan kubokunun final qarşılaşması baş tutacaq

Kubok yarışının təşkilinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqası həlledici matçla bağlı çalışmalara başlayıb.

Qurumun mətbuat katibi Sənan Abdullayevin saytımıza verdiyi məlumata görə, biletlər mayın 29-dan etibarən satışa çıxarılacaq.

Oyunu canlı izləmək istəyənlər biletə sahib olmaq üçün Tofiq Bəhramov adına Respublika stadionunun və “Bakcell Arena”nın kassalarına yaxınlaşaraq istəyinə çata bilər.

PFL rəsmiləri bölgədəki “Qəbələ” fanatlarını da nəzərə alıb. Belə ki, kluba təqdim olunan biletlərin bir qismi Qəbələdəki stadionda satışa çıxarılacaq. Bilet almaq üçün Bakıya gələ bilməyənlər doğma şəhərdə bilet ala biləcək.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 2, 3, 5 və 10 manat aralığında dəyişəcək.

İyunun 3-də “Bakcell Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti