"Neftçi"də narazılıq böyüyür - Fanatlar görüşə hazırlaşır

11 May 2023 17:00 Azarkeş 1 041
"Neftçi"də narazılıq böyüyür - Fanatlar görüşə hazırlaşır

"Neftçi"də ortam yenə qarışıb.

"Turan Tovuz"la səfər matçında alınan şok məğlubiyyət (0:4) fanatların səbr kasasını daşırıb.

Onlar yayda yaranan komanda qarşısında belə aciz "Neftçi" görməyə qəbullana bilmirlər.

Hətta indi tərəfdarları ölkə kubokunan finalı da maraqlandırmır. Belə ruhsuz kollektivlə qazanılacaq kubok da ciddi əhəmiyyət kəsb etmir.

Narazı azarkeşlər rəhbərlikdən hesabat tələb etməyə hazırlaşır. Bu niyyətlə məşhur "Neftçi Fan Page" azarkeş səhifəsi öz feysbuk hesabından post paylaşıb:

"Dəyərli dostlar 12./05.2023 tarixdə, saat 17:00-da bazanın (AFFA-nın yanındakı) qarşısında toplanıb, komanda ilə görüşə getməyi planlaşdırırıq.

Kimlər gəlmək istəsə, həmin vaxt bazanın qarşısında olsunlar. Madam ki, real addım deyirsiniz, buyurun bu da addım. Gəlin birlikdə sözümüzü deyək!".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti