İlk dəstək Qara Qarayevdən gəldi – BU XƏBƏRƏ

20 Mart 2023 11:20 Azarkeş 3 301
İlk dəstək Qara Qarayevdən gəldi – BU XƏBƏRƏ

"Qarabağ"ın xəstəlikdən əziyyət çəkən azarkeşi Hacıbalayev Zəfər üçün bir müddət əvvəl yardım kampaniyası başladılmışdı.

Təcili əməliyyata ehtiyacı olan fanat üçün lazım olan məbləğin böyük qismi toplanılıb.

Məbləğin tam olmasına cəmi 2700 AZN qalıb.

Vəsaitin qısa zamanda yığılmasında, müalicə prosesimin maksimum tez zamanda başlaması üçün Zəfər bir neçə gün əvvəl futbol ictimaiyyətinə yenidən müraciət etmişdi.

Sportinfo.az olaraq biz də lazım olan məbləğin daha tez cəm olması və daha çox insana xəbərin çatması üçün Zəfərin sosial şəbəkə hesabındakı dəstək üçün paylaşdığı postu işıqlandırmışdıq.

Xəbərə ilk dəstək “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevdın gəlib.

O, Zəfərə dəstəklə bağlı məlumat və fotosu olan şəkli öz sosial şəbəkə hesabında paylaşaraq, dostlarından ona yardım etməsini xahiş edib.

Yəqin ki, elə komanda yoldaşları və Qarayev qısa müddətdə Zəfərə lazım olan məbləğin toplanmasında yardımçı olacaqlar.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti