Qəbələdə ruhsuz premyer liqa matçı - FOTOLAR

17 Mart 2023 17:20 Azarkeş 767
Qəbələdə ruhsuz premyer liqa matçı - FOTOLAR

Premyer Liqanın 27-ci turu çərçivəsində "Qəbələ" doğma meydanda "Şamaxı"nı qəbul edir.

Matçın keçirildiyi Qəbələ şəhər stadionunda isə Premyer Liqa matçından əsər-əlamət yoxdur.

Belə ki, oyunu izləmək üçün tribunalara vur-tut 100 nəfər cəm olar, ya olmaz.

Onun 20-25 nəfəri qonaq komandanın fanklub üzvləridirisə, qalanları da yerli komandanı dəstəkləmək üçün gələnlərdi.

Bir sözlə, fanklubları çıxası olsaq, oyuna marağın sıfır səviyyədə olduğunu demək olar.

Maraq üçün bildirək ki, əvvəlki oyunlarda ən azı 300-500 nəfər azarkeş tribunalarda yer alırdı.

Acı mənzərəni özündə əks etdirən görüntüləri sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar