MARAQLI OLAY: Birləşdilər, "Sabah" - "Turan" matçını birlikdə izləyəcəklər - FOTO

16 Sentyabr 2022 16:20 Azarkeş 643
MARAQLI OLAY: Birləşdilər, "Sabah" - "Turan" matçını birlikdə izləyəcəklər - FOTO

Premyer Liqanın 7-ci turunda "Sabah” “Turan Tovuz”u qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, hər iki komandanın azarkeşləri oyunu birlikdə izləyəcək.

Belə ki, "Sabah"ın azarkeş qrupu kimi tanınan "soldatıdisabah" sosial şəbəkədə bununla bağlı paylaşım edib:

"Mövzu Vətəndirsə, hamımız bir yumruğuq!

Bu gün baş tutacaq “Sabah” – “Turan Tovuz” oyununu “Soldati di Sabah” “Genç Fenerbahçeliler” və “Tovuz Ultras” azarkeş qrupları bir yerdə, çiyin-çiyinə izləyəcəklər.

Oyun ərzində isə Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizlə bağlı şüarlar səsləndiriləcək.

Bu addımın atılmasına səbəb, şəhidlərimizin əziz xatirəsini yad etmək və belə həssas anlarda hər zaman bir olduğumuzu nümayiş etdirməkdir".

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 77 hərbi qulluqçumuz şəhid olub.

"Sabah” – “Turan Tovuz” matçı bu gün saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!