Metronun bu stansiyası gücləndirilmiş rejimdə işləyəcək - "Qarabağ"a görə

17 Avqust 2022 15:10 Azarkeş 325
Metronun bu stansiyası gücləndirilmiş rejimdə işləyəcək - "Qarabağ"a görə

Bakı metrosunun “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

“Qarabağ FK UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi beynəlxalq oyunla əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyası avqust ayının 17-si matçın başlanma vaxtı ərəfəsindən gücləndirilmiş iş rejiminə keçiriləcək”, - məlumatda deyilir.

Avqustun 17-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya” (Çexiya) oyunu keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!