Sumqayıtlılar "Qarabağ"la oyuna tələssin, çünki...

13 Avqust 2022 15:00 Azarkeş 1 151
Sumqayıtlılar "Qarabağ"la oyuna tələssin, çünki...

Bu gün Azərbaycan Premyer Liqasının ikinci turunda "Sumqayıt" - "Qarabağ"ı qəbul edəcək.

Matça böyük maraq olacağı şübhəsizdir. Öncəki mövsümlərdə də buna şahidlik etmişik. Çünki rəqib adlı-sanlı "Qarabağ"dır.

Hətta ötən il bu rəqiblər arasındakı qarşılaşmanı izləmək üçün gələn çox sayda azarkeş qapılar arxasında qalmışdı. Çünki bilet matça saatlar qalmış bitmişdi.

Bu dəfə isə "kimyaçılar" ümumiyyətlə bilet satışın təşkil etməyiblər. Oyuna giriş pulsuzdur. Bir sözlə, kim tez gəlsə o da oyunu tribunadan izləmək imkanı qazanacaq. Belədə yəqin ki, start fitinə 1-2 saat qalmışdan yerlə dolacaq.

Ötənilki mənzərə ilə qarşılaşmaq istəməyən azarkeşlər yalnız stadiona daha tez gəlməklə arzularına çata bilərlər.

Oyunun keçirildiyi "Kapital Bank Arena"nın tutumu 1517 nəfər olduğunu xatırladaq.

Matç saat 18:20-də start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti