Azərbaycanda azarkeşlərə qənim kəsilən “fit tayfası”

14 May 2022 23:00 Azarkeş 767
Azərbaycanda azarkeşlərə qənim kəsilən “fit tayfası”

Azərbaycan Premyer Liqasında hakim səhvləri artıq dəb halını alıb.

Demək olar hər tur, hər matç "ədalət qoruyucuları"nın yanlışlarına şahidlik edirik.

Təbii ki, buna ən çox üzülən tərəf fanatlardı. Ki, zamanından, pulundan keçərək tribunaya üz tutan fanatın komandasının haqqı yeyilir.

Nahaqqa susmayan tərəfdarların əlində gələn isə həmin hakimlərin şəninə təzahuratlar səsləndirmək olur. Bəzən həmin şuarların arasında təhqirlər də yer alır.

AFFA İntizam Komitəsi də təzə yol seçib. Hər tur hansısa klubun azarkeşi mütləq cəzalanmalıdır. Məbləğ də 4000 manatdı.

Elə soncu "Qəbələ" - "Neftçi" matçına görə meydan sahibi komandanın fanatları da hakimi təhqir etməsinə görə eyni məbləğdə cəza alıb.

Səhv xatırlamıramsa, bu, hazırkı mövsüm "Qəbələ" rəhbərliyinin üzləşdiyi neçənci belə cəzadır. Bölgə klubundan başqa "Neftçi" və "Qarabağ" tərəfinə də oxşar cəza bu mövsüm verilib.

Axı niyə? Bəs hakimlər niyə cəza almır, niyə düzəlmir? Nə vaxta kimi hakimlər bildiyini edəcək, fanatlar söyəcək, siz də cəza verəcəksiniz? Deyəsən, sərf edir ha...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti