Avropa Liqasının 1-ci təsnifat mərhələsində mübarizə aparan “İnter” iyulun 6-da Bakıda “Mladost”la (Serbiya) üz-üzə gələcək. İlk oyunda 3:0 hesablı qələbə qazanan “İnter” növbəti mərhələyə yüksəlməyə çox yaxındı.
Sportinfo.az xəbər verir ki, "Dalğa Arena"da keçiriləcək oyun "CBC Sport" telekanalı vasitəsiylə canlı yayımlanacaq. Bu barədə kanalın "facebook" səhifəsi məlumat yayıb. Qarşılaşma saat 21:00-da start götürəcək.

