Tanınmış futbol adamları Yevlaxda belə qarşılandı - EKSKLÜZİV VİDEO

11 Dekabr 2021 17:00 Azarkeş 1 301
Tanınmış futbol adamları Yevlaxda belə qarşılandı - EKSKLÜZİV VİDEO

Bu gün Region Liqasında növbəti turun matçları keçirilir.

"Karvan" Yevlaxda Mingəçevir "Energetik"ini qəbul edir.

Qarşılaşmanın keçirildiyi Yevlax Şəhər Stadionunda oyuna böyük azarkeş marağı var.

Görüşü izləyən rəsmi qonaqlar arasında isə tanınmış simalar da yer alıb.

Belə ki, birvaxtlar "Karvan"ın uğurları üçün əziyyət çəkmiş veteran futbolçulardan Zaur Ramazanov, Tərlan Əhmədov, Fərrux İsmayılov, Ramiz Məmmədov kimi simalar matçın startından əvvəl yerli publika ilə salamlaşıb.

Sportinfo.az maraqlı görüntülərə səhnə olan həmin kadrları sizə təqdim edir

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti