Paytaxt klubu ad dəyişikliyinə görə azarkeşsiz qalıb? - AÇIQLAMA

30 Noyabr 2021 23:40 Azarkeş 756
Paytaxt klubu ad dəyişikliyinə görə azarkeşsiz qalıb? - AÇIQLAMA

Azərbaycan Premyer Liqasının 12-ci turunda "Keşlə" "Sabah"ın qonağı oldu.

Qonaqların məğlub olduğu oyunda həm də dəstəksiz qalması diqqətdən qaçmamışdı.

Belə ki, daim komandanın yanında olan "Old Wolf" azarkeş qrupu bu dəfə tribunada yer almamışdı.

Təbii ki, belə olan halda ilk ağıla gələn ad dəyişikliyidir. Görəsən, azarkeşlərin "Keşlə"dən üz döndərməsi komandanın yeni ildən "Şamaxı" olacağı ilə bağlıdır?

Azarkeş qrupunun rəhbəri Elnur Yusifov Sportinfo.az-a açıqlamasında bu ehtimalı təkzib edib:

"Xeyr, tribunada olmamağımız "Şamaxı" adına görə deyil. Bundan əvvəlki tur "Qarabağ"la oyunda tribuanda idik. Əgər ad dəyişikliyinə görə olsaydı, həmin görüşdə də olmazdıq. 45-50 üzvlə həmin oyuna getmişdik".

"Bəs əsl səbəb nədir" sualına isə Yusifov belə cavab verib: "Sabah"la oyunda olmamağımız nə nəticələr, nə rəhbərlik nə də yeni adla bağlı deyil.

Müəyyən səbəblər var ki, açıqlamaq istəmirəm. Fəal üzvlərimizlə məsləhətləşib belə qərar verdik".

Digər Xəbərlər
Xəbər Lenti