Məşhur futbolçuya su şüşəsi atan azarkeş ağır cəzalandı

24 Noyabr 2021 15:20 Azarkeş 767
Məşhur futbolçuya su şüşəsi atan azarkeş ağır cəzalandı

Fransanın “Lion” klubunun bir azarkeşi həbs olunub.

Sportinfo.az “RMC Sport” telekanalına istinadən xəbər verir ki, “Marsel”lə Liqa 1 matçında rəqib komandanın yarımmüdafiəçisi Dmitri Payetə su şüşəsi atan fanat 6 aylıq həbs olunub.

Bununla yanaşı, azarkeşin “Lion”un stadionuna getməsinə 5 illik qadağa qoyulub. Fanat 3 min avro məbləğində də cərimələnib.

Xatırladaq ki, Payetin başına su butulkası dəydikdən sonra görüşün referisi komandaları meydandan çıxarıb. Daha sonra isə o, matçın yarımçıq dayandırılmasına qərar verib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi