Elxan Məmmədovla bağlı yaranmış qalmaqala "Kəpəz"dən REAKSİYA gəldi

17 Noyabr 2021 23:40 Azarkeş 1 009
Elxan Məmmədovla bağlı yaranmış qalmaqala "Kəpəz"dən REAKSİYA gəldi

Dünən "Kəpəz" - "Turan Tovuz" görüşünə qonaq qismində təşrif buyuranlar arasında Elxan Məmmədov da vardı.

Derbidən sonra çox sayda azarkeş redaksiyamızla əlaqə saxlayaraq AFFA rəsmisinə görə onların əsas tribunaya buraxılmadıqlarına narazılıqlarını bildirmişdi.

Bu gün isə "Kəpəz" klubun rəsmisi Elmar Əliyev redaksiyamıza zəng edərək yaranmış qalmaqala aydınlıq gətirmək istəyini bildirib.

Biz də təbii olaraq Əliyevə tribuna verdik. Azarkeşlərlə əlaqələndirici vəzifəsini icra edən Elmar bəy yaşananlara belə aydınlıq gətirib:

"Dünən yerli azarkeşlərdən sizin redaksiya ilə əlaqə yaradıb deyiblər ki, güya Elxan Məmmədovla görüşə bilməməsi üçün azarkeşlər qarşı tribunaya göndərilib. Məsələ isə belə deyil. Sırf "CBC Sport" kanalının matçı daha yaxşı çəkə bilməsi üçün bu addım atılıb. Öncəki oyunlarda da Peşəkar Futbol Liqasının (PFL) çəkliliş aparması səbəbindən azarkeşlər qarşı tribunalara yerləşdirilib.

Bu qadağanın müxtəlif səbəbləri var. Məsələn, həmin sektorda azarkeşlər arasında artıq-əskik söhbətlər olanda canlı efirə düşür. Biz də istəmirik ki, belə hal yaşansın. Elxan Məmmədova qalanda isə, o, şəxsən hamı ilə görüşdü. Mən özüm də şəxsən onun yanındaydım. Hətta AFFA rəsmisi ilə görüşmək istəyən azarkeşlər vardı ki, Elxan müəllim bunun üçün fanatlara şərait yaratmağımı istədi.

AFFA rəsmisinin veteranlar, qazilər və siravi azarkeşlərlə çox mehriban söhbətləri oldu. Azarkeşlər "Kəpəz"in döyünən ürəyidir. Mümkün deyil ki, biz onları başımızdan edək. Onlar üçün ən vacib olan qələbəni də əldə etdik".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti