Milli Avropada yaşayan azərbaycanlıları “boğaza yığıb” – “AFFA-ya rəsmi müraciət olmayıb”

11 Oktyabr 2021 17:00 Azarkeş 1 517
Milli Avropada yaşayan azərbaycanlıları “boğaza yığıb” – “AFFA-ya rəsmi müraciət olmayıb”

Azərbaycan millisi sabah Belqraddakı Rayko Mitiç adına stadionda Serbiya yığmasının qonağı olacaq.

DÇ-2022-nin seçmə mərhələsinin sonuncu səfər görüşündə Canni de Byazinin yetirmələrinin uğur qazanacağı inandırıcı görünməsə də, rəqibim bizimkilərə yuxarıdan aşağı baxması işimizə yaraya bilər.

Millinin cari tsikldakı faciəvi çıxışı Avropada yaşayan azərbaycanlıları da ölkənin bir nömrəli komandasından soyudub.

Vaxtilə xaricdə yaşayan həmyerlilərimiz yığmanın səfər matçlarında tribunadakı yerini tutsa da, indiki vəziyyət başqadır.

Millinin Belqradda dəstəksiz qalacağı gün kimi aydındır. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladığımız “Serbiya ilə səfər matçına görə xaricdə yaşayan azərbaycanlılardan müraciət edən olubmu” sualına aldığımız cavabdan sonra əlavə şərhə gərək qalmır:

“Bu dəqiqəyə qədər Serbiyada yaşayan azərbaycanlılardan AFFA-ya və mənə hər hansı rəsmi müraciət olmayıb”.

Serbiya - Azərbaycan qarşılaşması sabah Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti