AFFA-dan satış AÇIQLAMASI

9 Oktyabr 2021 14:00 Azarkeş 868
AFFA-dan satış AÇIQLAMASI

Bu gün saat 20.00-dan etibarən gözlər Bakı Olimpiya Stadionun yaşıl meydanına dikiləcək.

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qrup sonuncusu olmamaq mabarizə apardığı rəqibi – İrlandiya seçməsini qəbul edəcək.

Bu oyunda yığmamızın üstün tərəflərindən biri doğma meydanda oynamasıdır. Başqa cür desək, azarkeş dəstəyinə bel bağlayacaq.

Futbolsevərlərin bu oyuna nə dərəcədə maraq göstərdiyini öyrənmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanı aradıq.

Assosiasiya rəsmisi Sportinfo.az-a bilet satışı ilə bağlı məlumat verdi: “Bu gün saat 12-yə olan məlumata görə, 10 minə yaxın bilet satılıb.

Oyunun başlamasına 8 saat vaxt qaldığını nəzərə alsaq, sayın artacağına ümid edirik. Matç saatına qədər biletlər satışda olacaq”.

Azərbaycan – İrlandiya qarşılaşmasını stadionun ümumi tutumunun 50 faizi qədərində azarkeş canlı izləyə bilər. Bu isə, 30 mindən çox tamaşaçı deməkdir.

Digər Xəbərlər
Xəbər Lenti