"Hazırkı AFFA rəhbərliyinin dövründə millidən uğur gözləmirik" - ETİRAZ

9 Oktyabr 2021 16:00 Azarkeş 1 015
"Hazırkı AFFA rəhbərliyinin dövründə millidən uğur gözləmirik" - ETİRAZ

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün doğma meydanda İrlandiya millisini qəbul edəcək.

"Azərbaycan Azarekeşlər" Birliyinin rəhbəri Atanur Cəfərli oyundan öncə matçla bağlı fikirlərini Sportinfo.az-la bölüşüb:

"Biz hazırkı AFFA rəhbərliyinin dövründə milli komandadan heç bir uğur gözləmirik. Bunu gözləmək sadəlövhlük olardı. Çünki son 15 ildəki nəticələr göz qabağındadır.

De Byazi baş məşqçi təyin olunanda nəsə olar deyə bir az ümidlənmişdik. Lüksemburqa məğlubiyyət göstərdi ki, baş məşqçilərin, futbolçuların dəyişməyi ilə nəsə düzələn deyil.

De Byazinin də bir sevgisi var, o da "Sumqayıt". Daha çox o komandanın futbolçularına millidə yer verilir. Bunu heç nə ilə əsaslandıra bilmirəm.

Əsas millidə Murad Xaçayev, Əli Qurbani, Höccət Haqverdi kimilər çıxış edir. Belə millidən heç bir ümidimiz, gözləntimiz yoxdur. Sadəcə stadionda 90 dəqiqə oyuna baxacağıq".

Bakı Olimpiya Stadionunda baş tutacaq Azərbaycan İrlandiya matçının start fiti 20:00-da veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"