İtaliya yığması Millətlər Liqasının yarımfinalında İspaniya ilə qarşılaşacaq.
Sportinfo.az xəbər verir ki, oyun Milanda keçiriləcək.
“Milan” azarkeşləri yığmanın düşərgəsinə gələn PSJ-nin qapıçısı Canluici Donnarummanı etirazla qarsalayıblar. Azarkeşlər yığmanın məskunlaşdığı otelin qarşısındakı körpüdən böyük banner asıblar.
Bannerdə belə yazılıb: “Donnarumma, daha səni Milanda heç kim gözləmir”.
Donnarummanın “Milan”dan PSJ-yə keçməsi azarkeşləri qəzəbləndirmişdi. Onlar qapıçının bu addımını xəyanət kimi qiymətləndirirlər.

