Futbola görə Bakıya yüzlərlə britaniyalı gələcək

5 Oktyabr 2021 13:20 Azarkeş 659
Futbola görə Bakıya yüzlərlə britaniyalı gələcək

2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq İrlandiya yığması Bakıda dəstəksiz qalmayacaq.

Sportinfo.az-ın "İrishexaminer" nəşrinə istinadən məlumatına görə, Stiven Kenninin baş məşqçi olduğu komandanı 300-dən çox azarkeş dəstəkləyəcək.

Nəşr irlandiyalı fanatların Portuqaliya ilə müqayisədə Bakı Olimpiya Stadionundakı qarşılaşma üçün bilet almaqda problemlə üzləşməyəcəklərini yazıb.

Oktyabrın 9-da keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!