Azərbaycan Premyer Liqasının 6-cı turunun son matçında "Qarabağ" - "Qəbələ" ilə qarşılaşdı.
"Qarabağ"ın 2-0 qələbəsi ilə başa çatan matçdan sonra komandanın qapıçısı Emil Balayev "Qəbələ"nin "Red Black Army" azarkeş qrupu olan tribunaya yaxınlaşıb, fanatla səmimi söhbət etməsi diqqətdən yayınmadı.

Görəsən, qapıçı ilə fanat arasında hansı dialoq yaşanıb?
Sportinfo.az-a danışan azarkeş qrupunun rəhbəri Cavad Şərifli yaşananlara belə aydınlıq gətirib:
"Emil uşaqlara əl çaldı. Sonra bizdən bir nəfər azarkeşi yanına çağırdı. Ona deyib ki, başa düşürəm ki, fanatsınız, amma "Qarabağ"ı təhqir edən sözləriniz yaxşı çıxmır.
Azarkeş üzvümüz də bildirib ki, bu şuarları biz yox, ilk dəfə rəqib azarkeşlər başladıb. Biz də cavab vermişik. Bu sözlər komandaya deyilən sözlərdi. Bunun bölgə olaraq Qarabağla heç bir əlaqəsi yoxdur".
Xanoğlan İmanov

