“Neftçi”: "Artıq addımlar atılır, yaxın günlərdə bunun şahidi olacaqsız"

20 İyun 2017 09:12 Azarkeş 906
“Neftçi”: "Artıq addımlar atılır, yaxın günlərdə bunun şahidi olacaqsız"

“Neftçi” rəhbərliyi ilə “Forza Neftçi” fan-klubu arasındakı buzlar əriyib. Tərəflər iftar süfrəsi arxasında bir araya gəlib. Baş məşqçi Elxan Abdullayevin də iştirak etdiyi görüşdə komandanın qarşıdakı mövsümlə bağlı planları müzakirə edilib. Müsbət ab-havada keçən görüşdə bir növ küsülülər barışıb, komanda ilə azarkeşlər bir yumruq kimi birləşmək qərarına gəliblər.

“Forza Neftçi” fan-klubu gələn mövsüm “ağ-qaralar”dan dəstəyini əsirgəməyəcək. Sportinfo.az-ın məlumatına görə, camiəni bir araya gətirən şəxs Eldəniz Yusifovdu. Məhz əsas komandanın baş menecerinin təşəbbüsü və vasitəçiliyi ilə bu görüş baş tutub. Ötən mövsümdəki uğursuz nəticələr ucbatından “Forza Neftçi” fan-klubu komandanın bir neçə oyununu boykot etmişdi.

Münasibətlər Abdullayevin fanatları “xuliqan dəstəsi” adlandırmasından sonra daha da pisləşmişdi. "Neftchi Baku" [Fan Page] yazır: "Yavaş-yavaş yaxşı xəbərlər gəlir. Yeni mövsüm üçün komanda olaraq həm nəticə, həmdə azarkeş və mətbuatla əlaqələr baxımından gözəl işlərin olması gözlənilir. Artıq addımlar atılır. Yaxın günlərdə özünüz də bunun şahidi olacaqsız. Biz nə istəyirik? İstəyimiz "Neftçi"nin yenidən zirvələrə qayıtmasıdı. Kimlə qayıdır, bu bizim üçün maraqlı deyil. Əsas olan birlikdə yenidən adımızı, sanımızı bəra etməkdi".

Elnur Hüseyn: 4 ildi səbr edirik.. Ortada heç nə yoxdu: 8 klub arasında 7-ci yer.

Tarıverdi İslamzadə: "Siz, sadəcə, səbr etməyi bacarmırsız. Dibə vuran komandanı qaldırmaq çətindi. "Milan" hələ də özünə gələ bilmir. 4 ildi çabalayan klub görürsüz. Bu il başa düşdülər ki, çabalayanda batırlar. Artıq durub nəfəs alıb üzməyə.başlayırlar. İndi artıq səbrlə yanaşmaq lazımdı. Nə qədər pis-yaxşı oyunçulara, məşqiçiyə güvənib, azı yanvara qədər sözün əsil mənasında yanlarında olmaq lazımdı.

Orxan Əliyev: İlk yoxlama oyununda uduzanda, deyəcəklər ki, təzə yığılıblar. İkinci məğlubiyyətdə deyəcəklər ki, taktiki qedişlar... Ücüncü məğlubiyyətdə deyəcəklər ki, uşaqları "yükləmişəm", fiziki.. Çempionatda uduzanda isə deyəcəklər ki, yaxın iki-üc ildə nəticə olacaq.

Rauf Salayev: Bir kərəmlik elə çempionat başlayanda oynasınlar da "Şalke" ilə.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti