"İmarət"dən Samir Abasova hədə dolu sərt cavab!

13 Sentyabr 2021 11:20 Azarkeş 1 636
"İmarət"dən Samir Abasova hədə dolu sərt cavab!

Tarixi "Neftçi" - "Qarabağ" derbisi həm də qonaq azarkeşlərin "Samir İstefa" şuarları ilə yadda qaldı.

Gənc çalışıdırcı ona ünvanlanan təzəhuratlara oyun sonrası mətbuat konfransında sərt reaksiya verdi:

"Onlara meydanda verdiyim cavab ağır idi. Onu burada mətbuata deyə bilmərəm. Onların belə etməsi mənim üçün yaxşıdır. Samir 7 il sonra gəldi və onların əlindən çempionluğu aldı. Əlbəttə, onlar üçün Samirin getməyi yaxşıdır".

Abasovun sözlərinə qarşı tərəfin reaksiya gecikməyib. Məsələ ilə bağlı Sportinfo.az-a açıqlama verən "İmarət"in idarə heyətinin üzvü Elnur Quliyevi dinləyək:

"Samir Abasov cavan məşqçidi. Əslində onun emosional olması xoşuma gəlir. Həm də yerli məşqçi olması bizi sevindirir.

İstərdim ki, yerli çempionat kimi, həm də avropada uğurlu olmağı bacarsın. Təbii ki, "Qarabağ"ın çempionluğunu istəyirəm. Amma digər rəqiblərin də "Qarabağ"a diş göstərməsini arzulayıram.

Bir azarkeş kimi burada məni qəzəbləndirən nəsə yoxdur. Amma Abasov düzgün reaksiya verməyib.

Rəqib baş məşqçi Samir Abasov oldu və ya bir başqası "İmarət" üçün fərq etməz. Azarkeşin rəqib məşqçiyə, rəqib komandaya təzyiqi olmalıdır".

Bundan əlavə azarkeş qrupunun rəsmi səhifəsi də verdiyi açıqlamadan dolayı Samir Abasovu növbəti oyunlarda edəcəkləri ilə hədələyən paylaşım edib:

Sitat: "Samış deyib ki “Meydanda cavab verdiklərim ağır idi” Kül sənin məşqçi başına. Ürəyində cavab zad da verirmiş bu. Gələn oyunda görərsən ağırlığı".

Digər Xəbərlər
Xəbər Lenti