Azərbaycan derbisində qarşıdurma - "Qarabağ" azarkeşləri bölməyə aparıldı - VİDEO

12 Sentyabr 2021 21:20 Azarkeş 1 840
Azərbaycan derbisində qarşıdurma - "Qarabağ" azarkeşləri bölməyə aparıldı - VİDEO

Azərbaycan Premyer Liqasının üçüncü turu çərçivəsində keçirilən "Neftçi" - "Qarabağ" görüşündə dava düşüb.

Sportinfo.az-ın stadionda olan əməkdaşı məlumat verir ki, "Qarabağ"ın ikinci qolundan sonra polislərlə qonaqların "İmarət" azarkeş qrupu arasında qarşıdurma yaşanıb.

Güc qüvvələri çox sayda azarkeşi tribunadan kənarlaşdırıb.

Bir neçə "Qarabağ" azarkeşi isə xidməti avtomobillərlə polis bölməsinə aparılıb.

İlk hissədən sonra "Qarabağ" 2-0 hesablı qələbə qazanır.

Digər Xəbərlər
Xəbər Lenti