Xanım azarkeşi nədən öldü?

17 İyun 2017 15:24 Azarkeş 547
Xanım azarkeşi nədən öldü?

Çempionlar Liqasının finalı zamanı Turində baş verən basabas zamanı xəsarət alan azarkeşlərdən biri vəfat edib. Sportinfo.az xəbər verir ki, vəfat edən şəxs “Yuventus”un xanım azarkeşi 38 yaşlı Erika Piolettidi. O, iki həftə həyat uğrunda mübarizə aparsa da, həkimlərin səyi nəticəsiz qalıb.

Turinin San-Karlo meydanında “Yuventus” - “Real” oyununu təxminən 20 min azarkeş izləyirdi. Meydanda bir neçə petarda partladılıb və insanlar bunun bomba olduğunu zənn edərək, panikaya düşüblər. Nəticədə basabas yaranıb, 500-ə yaxın azarkeş xəsarət almışdı.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?