Çempionlar Liqasının ən gözəl qolunu türk balası vurdu - VİDEO

16 İyun 2017 12:12 Azarkeş 665
Çempionlar Liqasının ən gözəl qolunu türk balası vurdu - VİDEO

Futbol azarkeşləri Çempionlar Liqasının ən yaxşı qolunu seçiblər. Sportinfo.az xəbər verir ki, "Beşiktaş"ın hücumçusu Cenk Tosun ÇL-ın ən yaxşı qolunun müəllifi olub.

Türk futbolçunun "Benfika"nın qapısına vurduğu qol 41 faiz səs toplayıb. İkinci yeri isə "Yuventus"un xorvatiyalı hücumçusu Mario Mancukiç tutub. Onun finalda "Real"ın qapısına vurduğu qol 19 faiz səs toplayıb.

"Real"ın hücumçusu Kriştianu Ronaldunun Lissabonun "Sportinq" komandasına qarşı oyunda vurduğu qol üçüncü yeri (13 faiz səslə) tutub. UEFA bir neçə gün əvvəl də mövsümün 10 ən yaxşı qolunu təqdim etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?