İsveçrə və Britaniyadan gələcək azarkeşlərdən Bakıda nələr tələb olunacaq?

6 İyun 2021 23:20 Azarkeş 736
İsveçrə və Britaniyadan gələcək azarkeşlərdən Bakıda nələr tələb olunacaq?

İsveçrə və Böyük Britaniyadan (Uels) AVRO-2020 üçün Azərbaycana gələcək futbol azarkeşləri vizanı Bakının Heydər Əliyev Hava Limanından ala biləcək.

Sportinfo.az xəbər verir ki, bunun üçün hava limanında onlayn e-viza platforması yaradılıb.

Həmçinin Bakıya gəlməzdən əvvəl onlayn şəkildə üç iş günü ərzində standart viza almaq mümkündür. Lakin zərurət olarsa, təcili vizaları 3-5 saat ərzində almaq olur.

Xarici azarkeşlər hava limanında oyunun biletini və 48 saatdan çox olmayan müddəti əhatə edən COVID testinin nəticəsini təqdim etməlidir.

Bundan sonra onlar karantinə alınmayacaq və ölkədə sərbəst şəkildə gəzə biləcəklər.

Pandemiya səbəbindən AVRO-2020 vaxtı fan-zonalar quraşdırılmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti