Ləğv etməyə başladılar - Ödədikləri vəsait geri qaytarılır

11 May 2021 21:00 Azarkeş 683
Ləğv etməyə başladılar - Ödədikləri vəsait geri qaytarılır

AVRO-2020 üçün sifariş olunan biletlərin ləğvi və pulların qaytarılmasına başlanılıb.

Sportinfo.az xəbər verir ki, UEFA onlayn bilet əldə edənlər arasında püşkatma keçirib.

Bəxti gətirməyən azarkeşlər bu barədə bildiriş alıb. Onların bileti ləğv edilib və ödədikləri vəsait geri qaytarılır.

Buna səbəb oyunların məhdud sayda tamaşaçı önündə keçirilməsidir. Biletlər Bakı və Avropanın digər 10 şəhərinin qəbul edəcəyi yarışda tamaşaçı sayını tənzimləmək üçün geri qaytarılır.

Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək. UEFA təşkilatçı şəhərlərin sayını 12-də 11-ə azaldıb.

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Digər Xəbərlər
Xəbər Lenti