600 nəfər xəsarət aldı - Təxribat nəticəsində basabas

4 İyun 2017 14:12 Azarkeş 695
600 nəfər xəsarət aldı - Təxribat nəticəsində basabas

Çempionlar Liqasının final qarşılaşması keçirilən zaman Turindəki fan-zonada oyunu izləyən azarkeşlər arasında təxribat törədilib. Sportinfo.az xəbər verir ki, təxribat nəticəsində basabas yaranıb.

Basabas zamanı azı 600 nəfərin xəsarət aldığı deyilir. Onlardan 4 nəfərinin vəziyyəti olduqca ağırdı. 4 yaşlı uşağın da durumunun kritik olduğu bildirilir.

Basabas azarkeşlərdən birinin petarda partlatmasından və “bomba” qışqırmasından sonra başlayıb. Bundan sonra kütlə qaçmağa başlayıb. Basabas nəticəsində 3 yaşlı uşağın ölməsilə bağlı məlumat da yayılıb. Ancaq bu məlumat rəsmi orqanlar tərəfindən təsdiq olunmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?