Azərbaycanda yeni liqa - VİDEO

3 İyun 2017 16:36 Azarkeş 904
Azərbaycanda yeni liqa - VİDEO

Azərbaycanda yeni – Bakı Futbol Liqası (BFL) adlı həvəskar futbol liqası yaradılıb. Sportinfo.az-ın xəbərinə görə, bu liqanın digər liqalardan fərqi odur ki, BFL-in keçirdiyi yarışda meydanda hər komandadan 11 deyil, 8 futbolçu çıxış edəcək.

Yarışlarda istənilən həvəskar komanda BFL-dən qeydiyyatdan keçməklə iştirak edə bilər. 2017/18 mövsümündən başlayaraq yarış həvəskarlar arasında Premyer Liqa adı altında keçiriləcək.

Qurumun saytında bildirilir ki, peşəkar komandalarda olduğu kimi, BFL liqa çempionatı, liqa kuboku və liqa superkuboku təşkil edəcək.

Liqada peşəkar oyunçular iştirak edə bilməz. Bakı Futbol Liqasının yarışlarında iştirak üçün artıq ərizələrin qəbuluna başlanıb. Yarışın qalibi həvəskarlar arasında keçirilən klublararası dünya çempionatına vəsiqə qazanır.

Yarışla bağlı ətraflı məlumatı www.bfl.az saytından öyrənmək olar.

Əlaqə nömrələri: (050) 671 20 05 ; (051) 888 00 05

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti