"Yekun qərar üçün bir müddət vaxt lazımdır” - Təminat üçün

13 Aprel 2021 11:20 Azarkeş 476
"Yekun qərar üçün bir müddət vaxt lazımdır” - Təminat üçün

“Həm açılış matçını Olimpiya Stadionunda keçirmək, həm də digər üç qarşılaşmanın təşkilinə icazə verilməsi üçün hər cür səy göstəriləcək”.

Sportinfo.az xəbər verir ki, bunu 11 iyun – 11 iyul tarixlərində keçiriləcək AVRO-2020-nin ev sahiblərindən olan İtaliyanın nümayəndəsi Franko Lokatelli deyib.

Koordinator vəzifəsində çalışan Lokatelli azarkeşlərlə bağlı təminatın verilməsi üçün UEFA-nın 15 aprel tarixinə qədər qoyduğu vaxtın uzadılmasının tərəfdarıdır:

“Qərarın siyasətə aid olduğunu nəzərə alsaq, hər cür texniki dəstəyi verə bilərik. İki ay sonra keçiriləcək bir yarış üçün proqnoz vermək çətindir. Yekun qərar üçün bir müddət vaxt lazımdır”.

İtaliya Futbol Federasiyası Romadakı oyunlar zamanı stadionun 25 faiz doldurulması üçün yerli hökumətin razılığını almağa çalışır.

Bakı da daxil olmaqla 8 təşkilatçı şəhər azarkeşlərlə bağlı təminat verib. Qitə futbol qurumu hazırda Münhen, Roma, Dublin və Bilbaonun cavabını gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"