Azərbaycanda futbol izləmək istəyənlər üçün XÜSUSİ PAKET

7 Aprel 2021 17:40 Azarkeş 825
Azərbaycanda futbol izləmək istəyənlər üçün XÜSUSİ PAKET

İyunda Avropanın bir çox ölkəsindən Bakıya çarter reysləri təşkil ediləcək.

Bu, sırf AVRO-2020-nin oyunlarını izləmək istəyən futbolsevərlər üçün təşkil olunacaq.

Çünki həmin tarixdə Azərbaycana 100 nin nəfərə yaxın əcnəbinin gəlməsi nəzərdə tutulur.

Paytaxtımızın qonaqları burada olduqları müddətdə onlar üçün ayrılmış otellərdə məskunlaşacaq. Sadəcə, onların ətraf aləmlə yaxın münasibət qurmasına məhdudiyyət tətbiq ediləcək. Ki, bu da koronavirusa yoluxma risqini önləmək məqsədi daşıyır.

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir.

Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Bakıda keçiriləcək AVRO-2020-nin oyunları ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirilib.

Baş nazir Əli Əsədovun iştirakıyla düzənlənən toplantıda UEFA-nın qaldırdığı məsələlər geniş müzakirə olunub. Buna əsasən, rəsmi Bakı Avropa futbol qurumu qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirəcəyi dəqiqləşib.

Bura əcnəbi vətəndaşların Azərbaycana səfərinin təşkili, təhlükəsizlik, pandemiya ilə bağlı yeni qaydaların icrası və ona nəzarət, həmçinin digər təşkilati məsələlər daxildir.

Rəsmi Bakı UEFA-nı ən çox razı salan qərar verib. Belə ki, paytaxtımızdakı hər oyuna 50 faiz azarkeş buraxılacaq.

Yəni ki, Bakı Olimpiya Stadionunun ümumi tutumunun yarısı qədər. Bu isə qarşılaşmalrın 30 min fanat tərəfindən canlı izlənməsi deməkdir.

Üst-üstə toplasaq, Bakıda 120 min futbolsevər arenanın qapısından içəri keçəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"