Bəlkə "Qəbələ"ni ərəb milyarder alsın?

1 İyun 2017 11:36 Azarkeş 1 125
Bəlkə "Qəbələ"ni ərəb milyarder alsın?

Son zamanlar ölkəmizə ərəb turistlərin kütləvi axını var. Sportinfo.az xəbər verir ki, onlar Azərbaycanın gəzməli, görməli yerlərini gəzir, ölkəmizlə yaxından tanış olurlar. Belə turistlərdən biri də Küveytdən olan Essa Buhasandı. Həmyerlisi Muhammad Əhmədlə Azərbaycana səfəri zamanı Qəbələdə də olan

Buhsand “Qəbələ” klubunun bazasına da baş çəkib, bu klubun stadionu, şəraiti ilə də tanış olub. Stadionla tanışlıqdan sonra təəssüratlarını bölüşüb: “Azərbaycana ilk səfərimizdi. Küveytdə olanda digər ərəb ölkələrindən olan dostlarımız ölkənizi çox gözəl təqdim etdilər. Azərbaycanın şimal və şimal-qərb marşrutu üzrə turizm bölgələrini gəzdik. Əsas turizm bölgəsi olan Qəbələdə isə 2 gün olduq.

Səfərimiz zamanı bələdçimiz bizə Qəbələ Futbol Akademiyası haqda məlumat verdi. Diqqətimizi çəkdi deyə, böyük futbol bazası olan ərazini gəzib dolaşdıq. Telefon əlimdən düşmürdü. Bir tərəfdən yaşıllığa bürünmüş meşələr, digər tərəfdə göz oxşayan futbol bazası çox gözəl görsənir. Sanki yaşıl rəngin harmoniyası yaradılıb. Qəbələnin özəlliklərindən biri də çoxlu otellərə sahib olmasıdı. Bu isə turizmin inkişafına güclü təkan verir. Futbol Akademiyasının yaxınlığında Qafqaz Sport Oteli də yerləşir.

Burda hər şey nəzərə alınıb. Bilirsiz ki, idman və turizm dünya xalqlarını bir-birinə yaxınlaşdırır. Mədəniyyətlərin, adət -ənənələrin qarşılıqlı tanıdılması baxımından xüsusi rol oynayır. Yerli insanların bizimlə ünsiyyətə maraq göstərməsi, xüsusilə akademiyası nümayəndəsinin həvəslə maraqlı məlumatlar verməsi xoş təəssüratlar oyatdı.

Azərbaycanın turizm bölgələri haqda topladığımız məlumatlar içərisində Qəbələ Futbol Akademiyası da yer almış oldu. İnşallah, yayda Küveytin vətəndaşları da Azərbaycana səfər etmək istəyir. Topladığımız məlumatlarla Azərbaycana diqqət çəkmək istəyirik. Göstərdiyiniz diqqətə görə bizimlə ünsiyyətdə olan bütün yerli vətəndaşlara təşəkkür edirəm”.

Turistlərlə ünsiyyət qurmaqda bizə sabiq həmkarımız, hazırda ölkəmizə gələn ərəblərə bələdçdilik edən Vüsal Hacıyev köməklik etdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti