UEFA məhdudiyyəti ləğv etdi - GÖZÜNÜZ AYDIN!

1 Aprel 2021 10:40 Azarkeş 808
UEFA məhdudiyyəti ləğv etdi - GÖZÜNÜZ AYDIN!

UEFA pandemiya dövründə öz bayrağı altında keçirilən yarışlarda azarkeşlərin stadionlara buraxılması ilə bağlı məhdudiyyəti ləğv edib.

Sportinfo.az xəbər verir ki, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında verilib.

Həmçinin tamaşaçıların futzal matçlarına gəlməsinə qoyulan qadağa da aradan qaldırılıb. Qərar bu ilin iyununda qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, görüşlərdə azarkeş sayı barədə qərar yerli hökumət tərəfindən qəbul olunacaq.

UEFA ötən ilin oktyabrında stadionlarda maksimum tamaşaçı sayının arenanın ümumi tutumunun 30 faizi həcmində olmasına qərar vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti