"Hələ müzakirələr aparırıq və apreldə son qərar veriləcək"

18 Mart 2021 13:20 Azarkeş 497
"Hələ müzakirələr aparırıq və apreldə son qərar veriləcək"

Yayda keçiriləcək Avropa çempionatının oyunlarına azarkeşlərin buraxılacağı gözləinlir.

Sportinfo.az "Sky Sports"a istinadla xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksandr Çeferin məlumat verib.

"Bütün oyunlara azarkeşləri buraxmaq istəyirik. Bunu qəbul etmək istəməyən ölkələrdən ev sahibliyi alınacaq.

Hansısa oyunu azarkeşsiz keçirmək fikrimiz yoxdur. Ev sahibi şəhərlər matçların azarkeşlərlə keçirilməsini təmin etməldidir. Hələ müzakirələr aparırıq və apreldə son qərar veriləcək".

Qitə çempionatı iyunun 11-dən iyulun 12-dək keçiriləcək. Ev sahibi şəhərləri arasında Bakı da var.

Digər Xəbərlər
Xəbər Lenti