"CBC Sport"da yay rejimi

30 May 2017 12:36 Azarkeş 944
"CBC Sport"da yay rejimi

"CBC Sport" yay rejiminə keçib. Sportinfo.az xəbər verir ki, bununla əlaqədar olaraq kanalın efirində dünya və Azərbaycanın ən məşhur incəsənət ulduzlarının konsert proqramlarını izləyə biləcəyik.

"CBC Sport"un yayımladığı İtaliya, Hollandiya, Portuqaliya, Rusiya, Azərbaycan çempionatlarının, Türkiyə kubokunun ən maraqlı oyunları yay ayları ərzində yenidən tamaşaçılara təqdim olunacaq. Bundan başqa, “Start” verilişi artıq həftə içi hər gün saat 20:00-da canlı efirdə olacaq.

"CBC Sport" NBA həvəskarlarını da yaddan çıxartmayıb. Hər gün “Start” proqramından sonra okeanın o tayında baş verən basketbol həyəcanı haqqında verilişdə şərhçi Kənan Quliyev və mütəxəssislər komandaların şanslarını dəyərləndirəcək və ən son hadisələri müzakirə edəcəklər. bir sözlə, yayı "CBC Sport"la birgə keçirməyə dəyər!

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?