"Qapıçı yeyib, içib, yatmaqdan tərpənə bilmir - Bunlar bizim millini də yeyərlər"

21 Fevral 2021 00:42 Azarkeş 1 128
"Qapıçı yeyib, içib, yatmaqdan tərpənə bilmir - Bunlar bizim millini də yeyərlər"

Qadınlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində İspaniyaya 0:13 hesablı məğlubiyyəti azarkeşlərin narazılığına səbəb olub.

Sportinfo.az xəbər verir ki, böyük əksəriyyət bu nəticə ilə bağlı ironiya bacarığını nümayiş etdirib.

"Feysbuk" səhifəsində qarşılaşmanın qollarını əks etdirən video-paylaşıma yüzlərlə azarkeş reaksiya bildirib. Onların içindən maraqlı olanların bəzilərini diqqətinizə çatdırırıq (apasport.az).

Həsən Allahverdiyev: Qapıçı yeyib, içib, yatmaqdan tərpənə bilmir.
T-e Telai: Bunlar bizim millini də yeyərlər.
Elçin Şahgəldiyev: 90 kq-lıq qapıçıdan bundan artıq nə gözləmək olar axı? Bu qadın futbolunu bizdə ləğv edin getsin, vallah, boşuna pul xərcləməyin bura.
Şahin Mehdiyev: Qapıçısız oynayırlar.
Vüqar Həşimov: Rəqibin qapıçısı da hücumda idi. Yəqin 1-2 qol da o vurub.
Arzuman Hüseynov: Bunları elə bil küçədən dönər yeyəndə yığıblar.
Elvin Mirişov: Hamısının adamı, “day-dayısı” var.
Bu qadınların içində heç “ponyatka” yoxdur də. İspaniyanın kişiləri yenə 6 qol vurub getdilər. Ay qız, 13 nədir, basketbola gəlmişdiniz?
Pərvin Həsənov: Mən mərkəz xəttini görmək istəyirdim.
Orxan Hüseynzadə: Bunlar bizim kişiləri də udarlar.
Əbülfəz Hüseynli: Əşi, qurban olum, bizdə bunu kişilər güc bəla ilə 2-3 top buraxıb yola verirlər. Ləğv edin bu biabırçılığı, elə bil parka gəlib hamısı.
Taleh Əzizov: Biz futbol ölkəsi deyilik. Futbolu bağlamaq lazımdır. Bu qızlara hələ toplanış keçir, pul tökürlər.
İsi Abdullayev: Pandemiya qapıçımıza düşüb.
İlqar Sofiyev: Təki AFFA “sağ olsun”.
Vüqar Abdullayev: Kişilər oynaya bilmir, qalmışdı qadınlar.
Ələkbər Sultanov: Kaş oyuna çıxmazdılar, 3 topla texniki məğlubiyyət alardılar. Bundan yaxşı olardı.
Aftil Əliyev: Bu yazıq qızların futboldan xəbərləri var ki? Çıxarıblar ora ki, boş-boşuna qaçın oyana-bu yana.
Rövşən Əliyev: İspanlar oynamaqdan yox, qol vurmaqdan yoruldular.
Fabio Rivelini: Bu qızların çoxu hansısa futbolla bağlı adamların qohumları olmasaydı, heç olmasa 0:5 uduzardılar.
Nadir Bərdəli: Bərabər səviyyədə oyun keçib, bəxt amili öz sözünü deyib. 12-ci qolda müdafiəçimiz ustalıqla ötürmə verdi. Mən kənddə bundan yaxşı komanda yığaram.
Asif Məmmədov: Görəsən, bu uşaqlara təlim-məşq toplanışı keçilib, yoxsa hərəni bir evdən çağırıb oynadıblar?
Vüqar Tahir Məmmədov: O günü Samir Abasov qəşəng bir ifadə işlətdi. Ona əsaslanaraq deməliyəm ki, bu gözəl xanımlarda günah yoxdur, futbolumuzu bu günə salanlardadır günah.
Səbinə Hacıyeva: Kişilər qaş düzəltmişdi, qadınlar gözünü də çıxardı.
İnqilab İmanov: 11 nəfərə 13 top? İkisi artıq oldu axı.
Sarvan Süleymanov: Günahkar AFFA-dır. Futboldan anlayışı olmayanlar yığışıb federasiyaya. Hələ buna da şükür.
Fərid Təhməzov: Azərbaycan futboluna baxanda futbola nifrət edirsən.
Rəşad Yusifov: Kişi futbolu var ki, qadın futbolu da olsun? Gedin, özünüzə peşə tapın.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"