“Forza Neftçi”: "Bu, bir azarkeş qrupu kimi, bizim borcumuzdur”

9 Fevral 2021 22:40 Azarkeş 552
“Forza Neftçi”: "Bu, bir azarkeş qrupu kimi, bizim borcumuzdur”

Bu gün yaranmasının 12 ili tamam olan “Forza Neftçi” fan-klubu bunu təmtəraqlı şəkildə qeyd etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə apasport.az-a fan-klubun rəhbəri Sübhan Əliyev məlumat verib.

"Forza Neftçi” 2009-cu ildə yaradılıb. O bildirib ki, 44 gün çəkən və Azərbaycan ordusunun şanlı zəfəri ilə nəticələnən Vətən müharibəsini nəzərə alaraq, bu addımı atacaqlar.

Əliyev fan-klubun Şəhidlər Xiyabanını ziyarət edəcəyini söyləyib: “Bu il ad günü keçirməyəcəyik.

“Forza Neftçi”nin yaranma gününü Şəhidlər Xiyabanında, şəhidlərimizin məzarı önündə qeyd edəcəyik. Bir azarkeş qrupu kimi, bu bizim borcumuzdur”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"