“Kəpəz“in “bəlkələr“ reallığı

7 Fevral 2021 14:00 Azarkeş 1 115
“Kəpəz“in “bəlkələr“ reallığı

“Kəpəz“in ölkə kubokunun 1/8 final mərhələsində “Sabah“ üzərində qalibiyyətinin ardından hər bir gəncəli azarkeş kimi, mən də sevimli komandamdan növbəti uğuru gözləyirdim.

Ta ki, “Keşlə” ilə qarşılaşmanın final fiti səslənədək!

Oyunboyu özünü yaxşı tərəfdən göstərən “Kəpəz” nədənsə nəticəni xeyrinə çevirə bilmədi. Bəlkə də penalti epizodu olmasaydı, Gəncə klubu qolsuz bərabərliyə nail ola bilərdi.

Çünki “sarı-göylər“ müdafiə xəttində rəqibdən fərqlənməyi bacarmışdl. Amma nə 11 metrlik cərimə zərbəsinin mübahisəli epizoda oxşarlığı, nə də ki, başqa “bəlkələr“ reallığı dəyişdi.

Keçənə güzəşt deyib, ümidim epizoda hər kəsdən yaxın baş hakimin (Rəhim Həsənovun) qərarında haqq axtarmaqdan yana oldu.

Ümid, şübhə və bəlkələri kənara qoyub, növbəti matçlara fokuslanmaq istədim.

Ən xırda epizoda belə, diqqətli yanaşan idarə heyəti və tərəfsiz şərhçinin iştirakı ilə reallaşan, haqlı qərarları olan, səsli formada izləmək istədiyim matça. “Sabah”la qarşılaşmada bitərəf prinsipini pozan şərhçini “Kəpəz“in öz qələbəsi ilə susdurduğu oyuna deyil...

Bu gün cavab qarşılaşmasına ev sahibliyi edəcək “sarı-göylər“dən hər zamankı qətiyyət və mübarizəni gözləyirik. Nəticədən asılı olmayaq, tərəfimiz və dəstəyimiz dəyişməz qalacaq.

Uğur olsun, “Kəpəz“im!

Anar Əliyev / “Kəpəz“ azarkeşi

Digər Xəbərlər
Xəbər Lenti