AFFA-nın icraçı vitse-prezidenti: "Maya qədər belə davam edəcək”

30 Yanvar 2021 23:40 Azarkeş 1 048
AFFA-nın icraçı vitse-prezidenti: "Maya qədər belə davam edəcək”

“Biz Qərargahla, TƏBİB-lə mütəmadi əlaqə saxlayırıq. Azarkeşlərin stadionlara qayıtmasını biz də istəyirik”.

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O, koronavirus pandemiyası üzündən tətbiq olunan karantinin yumşalmalarından sonra azarkeşlərin tribunalara dönüşü barədə fikirlərini açıqlayıb:

“Fəxrlə deyə bilmərik ki, azarkeşlərin sayı bizi razı salır. Amma bəzi oyunlara azarkeşlər gəlirdi. Artıq onlar da futboldan ötrü darıxırlar. Oyunlara gedəndə əvvəllər az da olsa həyəcan var idi.

İndi azarkeşsiz bu həyəcan yoxdur. Ölkəmizdə qapalı məkanlarda tədbir keçirməyə icazə verilmir.

Qərarda xüsusi maddə var idi, sağ olsunlar, bizə icazə verdilər. Amma yenə də azarkeşsiz olacaq. Belə bir qayda var ki, tribunada 5-dən çox adam otura bilməz.

İndi hətta rəsmi heyət də tam şəkildə iştirak edə bilmir. Azarkeşlərimizin stadionlara qayıtmasına çalışırıq. Ümid edirəm ki, qısa zamanda onlar stadionlarımıza qayıda biləcəklər.

Əsas odur ki, futbolumuz davam edir, fasilə yoxdur. Ümid edirəm ki, maya qədər belə davam edəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!